• 28 Fevral 2021

Xoşbəxt evliliyin sirri insanın genində şifrələnə bilər

13:12 23/02/21 | Maraqlı

İnsan münasibətləri, xüsusilə də sevgililərin münasibətləri tədqiqatlar üçün geniş mövzudur. Partnyorlar özləri belə bəzən münasibətlərindən baş aça bilmirlər. Bu səbəbdən, ailə psixoterapiyası belə məşhurdur. Bəzən isə çox rahat və sakit cütlüklərlə rastlaşırıq, sanki həyatın çətinlikləri onlardan tamam yan keçir və heç bir şey onların ailə harmoniyasını sarsıda bilmir.

Elm adamları ideal görünən belə əlaqənin genetik əsaslarının olub-olmadığını öyrənməyə qərar veriblər. Nəticədə insanların DNT-sində "xoşbəxt evlilik şifrələri" tapıblar.

Arkanzas Universitetindən olan psixoloqlar genetikanın romantik münasibətlərə təsirini araşdırıblar. Onlar  CD38 geninin sədaqət və həyat yoldaşına minnətdarlıq hissi ilə əlaqəsini müəyyən ediblər və hazırda həmin genin nikahın uzunömürlülüyünə və möhkəmliyinə təsirini araşdırırlar.

71 cütlük arasında aparılan tədqiqatlar göstərib ki, CC, AC və AA variantları içərisində məhz CC daha möhkəm münasibətlərlə əlaqəlidir. CC genotipinə məxsus insanlar özlərini həyat yoldaşına həsr edirlər və xəyanətə də meyilli olmurlar.

Tədqiqatın nəticələri "Nature Scientific Reports" jurnalında dərc edilib.

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?