• 22 Aprel 2021

Vətən müharibəsinin qəhrəmanları

13:55 25/02/21 | Digər

Şəhid əsgər Sənan Seyfullayev

Sənan Mətləb oğlu Seyfullayev 29 sentyabr 1998-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2004-cü ildə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub, 2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirib.

Sonra çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 

Azərbaycan Ordusunun əsgəri Sənan Mətləb oğlu Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsinin ilk günlərində digər qəhrəman oğullarımız kimi Vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq cəbəyə yollanmışdı. O, cəbhənin Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə  iştirak edib. Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 12 yanvar 2021-ci il tarixdə doğulduğu Ərkivan qəsəbə qəbirstanlığında torpağa tapşırılıb. Subay idi…

Əlihüseyn ŞÜKÜROV

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?