• 22 Aprel 2021

Lənkəranda suvarma mövsümünə hazırlıq görülür

13:16 18/03/21 | İqtisadiyyat

Cənubdan xoş soraqlar

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Lənkərandakı Yuxarı Xanbulan çay Hidroqovşağı İstismar İdarəsinin kollektivi rayonda əkin, tərəvəz sahələrinin, çay plantasiyalarının suvarılma mövsümünə hazırlıq işləri görürlər. Cənub bölgəsində ən böyük tutma malik anbarda 40 milyon kubmetr su yığılıb. Rayonda suvarma işlərinə başlanan günə kimi anbarın tam doldurması nəzərə alınıb.

İndinin özündə rayonun digər sututarları da təmir olunur. Lənkəran və sağ magistral kanalı başdan-başa təmizlənir, Bəşəru suqəbuledici qurğularında elektrik və texniki avadanlıqlar yeniləri ilə əvəzlənir. Su itkisinin qarşısını almaq məqsədilə həm də təsərrüfatlar arası, təsərrüfatdaxili kanallar qaydaya salınır.

Lerikdə əhalinin məşğulluğuna xüsusi fikir verilir

Dağ rayonu olan Lerikdə əhalinin məşğulluğunun təmin edilməsi günün ən vacib məsələsidir. Dövlətin diqqət və qayğısı hesabına burada açılan yeni iş yerlərin sayı durmadan artır. Fərəhli haldır ki, indi lerikli ailəsini saxlamaq üçün kənarda iş axtarmır.

Rayon Statistika İdarəsinin rəisi Nizaməddin Muradov bu sahədə həyata keçirilən tədbirlərdən razılıqla danışır: «Əhalinin məşğulluğu ilə bağlı Lerikdə də dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər uğurla yerinə yetirilir. Təkcə yaxın vaxtlarda rayonda 1481 yeni iş yeri açılıbdır. Bu iş yerlərinə əhalinin aztəminatlı təbəqəsindən olanlar cəlb ediliblər. Yeni iş yerləri rayon sakinlərinin güzəranlarının yüksəlməsinin ən etibarlı mənbəyi rolunu oynayır».

Rayon ərazisində əhali arasında işsizliyin aradan qaldırılması üçün əhəmiyyətli tədbirlər davam edir. 2010-cu ildən “Bir pəncərə “ sistemi yarandıqdan sonra sahibkarların sayı, o cümlədən fiziki şəxslərin sayı daha çox olmuş, bunlar da öz növbəsində yeni iş yerlərin açılması deməkdir.

Masallıda abadlıq, quruculuq işləri səngimir

Masallı rayonunun Xırmandalı ərazisinin sakinləri yaşadıqları yurd yerinin abadlığına, yaraşığına həmişə fikir verirlər.

Ərazinin Hacıtəpə kəndində son vaxtlar insanların rahatlığı üçün görülən işlərin həcmi daha çoxdur. Bu günlər isə ümumi uzunluğu 2,5 kilometr olan kənd daxili yollara çınqıl döşəməklə yeni görkəmə gətirilib. Həm də burada yaxın günlərdə 500 şam ağacın əkilməsi nəzərə alınıb.

Zəfər ORUCOĞLU

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?