• 22 Aprel 2021

Canni de Byazi Azərbaycan millisinə qol vurmağı unutdurub

15:28 25/03/21 | İdman

Azərbaycan millisinin qol həsrəti oyundan-oyuna artır.

Azadaz.com-un məlumatına görə, artıq 6 oyundur qol vura bilməyən yığmamız Canni de Byazinin baş məşqçiliyi dövründə cəmi 2 dəfə rəqib qapısına yol tapıb.

Düzdür, son görüşdəki rəqib dünya nəhənglərindən olan Portuqaliya idi. Amma buna qədər də Monteneqro, Lüksemburq, Kipr kimi Avropanın 3-cü dərəcəli (C liqası 3-cü deməkdir), həmçinin Sloveniya kimi rəıqiblərlə 7 qarşılaşmada 2 top vurulub.

De Byazili yığmanın orta məhsuldarlığı 0,25-ə bərabərdir. Bu da millinin baş məşqçiləri arasında ən aşağı göstəricidir. Söhbət ən azı 2 dəfə komandanı meydana çıxaranlardan gedir. 1 oyunluq əvəzləyicilər (Nazim Süleymanov və Mahmud Qurbanov), həmçinin 1 görüşdə komandaya rəhbərlik edən məşqçilər şurası nəzərə alınmır. Çünki onların heç biri baş məşqçi olmayıb, bu vəzifənin müvəqqəti icraçısı olub.

Düzdür, de Byazi baş məşqçi əvəzi olanların qola həsrət qalması ilə öyünə bilər. Amma digərləri ilə müqayisədə geri qalır.

Təbii ki, ayrı-ayrı məşqçilərin dövründə rəqiblər fərqli ola bilər. Bəzi mütəxəssis daha çox seçmə oyununda, yəni daha ciddi və daha güclü rəqiblərlə, digəri nisbətən asan olan yoxlama matçlarında milliyə rəhbərlik edib. Lakin tarixdə qalan nəticədir.

Bu nəticələrə əsasən də orta məhsuldarlıqda De Byazinin komandası sonuncudur. Rekord isə Ələkbər Məmmədovun dövrünə məxsusdur. Həmin vaxt komanda 4 görüşdə 9 qol vurub.

Qurban Qurbanovlu yığma ikinci göstəriciyə malikdir. Əhməd Ələsgərovun rəhbərliyi altında da orta hesabla ən azı 1 qol vurulub.

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?