• 22 Aprel 2021

Müasir Azərbaycanda milli həmrəyliyin əsası YAP-ın yaradılması ilə qoyulub

10:46 01/04/21 | Siyasət

Almaz MEHDİYEVA,
Tovuz rayon Dilman Süleymanov adına
​Dönük Qırıqlı kənd tam orta məktəbinin direktoru

 

Milli birliyimizi həmrəyliyimizi, milli dövlətçilik maraqlarımızı, birlikdə güclü olmağımızı, xalq–iqtidar; iqtidar, xalq-ordu birliyini bəşəriyyətin tarixinə qızıl hərflərlə yazımış 44 günlük müharibədə daha da qabarıq şəkildə bütün dünyaya açıq-aşkar nümayiş edən Yeni Azərbyacan Partiyasının (YAP) yaranma tarixi, fəaliyyət istiqamətləri barəsində ilk öncə öz fikirlərimi qeyd etmək istərdim.

Bəşəriyyətin, dünya xalqlarının tarixi keçmişini, müasir və gələcək tarixinin ayrı-ayrı mərhələlərini nəzərdən keçirdikdə, təhlillər apardıqda təsdiq edə bilərik ki, Yeni Azərbyacan Partiyası qədər ümumbəşəri dəyərləri, demokratik prinsipləri özündə cəmləşdirən ikinci bir siyasi qüvvə yoxdur. Tam yəqinliklə tarixi faktlara istinadən deyə bilərik ki, araşdırmaların və siyasi təhlillərin nəticəsinə əsasən çoxəsrlik müstəqil dövlətçilik tarixləri olan, keşməkeşli tarixi bir yol keçən ölkələrin mövcudluğu tarixində də belə bir partiya mövcud olmamışdır.

Dünyada mövcud olan partiyaların yaranma tarixlərinə, səbəblərinə, qarşısına qoyduğu məqsədlərə görə də YAP-a oxşar siyasi qüvvə yoxdur. Elə partiyalar var ki, adətən hansısa şəxsin və yaxud bir qrup insanın maraqlarını təmin etmək, tez bir zamanda qeyri-sivil, müharibə yolu ilə, vətəndaş qarşıdurması yaratmaq, işğalçılıq, soyqırımı siyasəti aparmaqla hakimiyyətin bir və ya bir neçə şəxsin əlində cəmləşdirilməsi, totalitar rejimi qurmaq və..s məqsədlər üçün yaradılmışdır. Yeni Azərbaycan Partiyasının yaranması və yaranmasını tələb edən tarixi şəraiti zəruri edən cəhətlərə nəzər yetirsək görərik ki, həqiqətən bu partiyanın özülü xalqı vətəndaş qarşıdurmasından xilas etmək, Azərbaycanın müstəqilliyini qorumaq, dünyaya tanıtmaq, onun ərazi bütövlüyünü bərpa etmək, milli həmrəyliyimizin, birliyimizin təmin edilməsi üzərində qurulmuşdur.

Bütün bunlar Azərbaycan xalqının istəyi ilə AXC-Müsavat ikihakimiyyətliyinin siyasi son mənzilə yola salınması istəyinin nəticəsində baş vermişdir. Partiyanın yaradılmasının mənbəyində Azərbaycan xalqı durur. Xalq düzgün seçim edərək öz lideri, müdrik rəhbərimiz Heydər Əliyevin ətrafında sıx birləşərək Heydər-Xalq, Xalq-Heydər fəlsəfəsini daha da möhkəmləndirərək yeni bir partiyanın yaradılması və ona rəhbərlik etməsi üçün ona müraciət etdi. Beləliklə də tam əminliklə deyə bilərik ki, xalqın müraciəti əsasında yaradılan yeganə partiya YAP-dır.

Azərbaycan xalqı keşdiyi tarixi dövrlərdən artıq kimin-kim olduğunu yaxşı bilirdi. Partiyanın yaranması ərəfəsində ona başçılıq edəcək şəxsiyyət yalnız və yalnız Heydər Əliyev idi. Ona görə ki, Heydər Əliyev hələ Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyət göstərdiyi illərdən - 1953-cü ildən bu komitədə ilk olaraq milliləşdirmə, Azərbaycanlaşdırma siyasəti aparmaqla 1970-1987-ci illərdə müasir, müstəqil demokratik dövlətimizin əsaslarını çətin totalitar kommunist rejimi şəraitində qurub yaratmışdı. Həyatının mənəvi repressiya zamanında - 1987-1990-cı illərdə və Naxçıvan dövründə belə öz xalqı ilə həmrəy şəkildə birgə olmuşdur. Bu birliyin nəticəsi olaraq Naxçıvanda AXC-Müsavat ikihakimiyyətliyinin törətmək istədiyi dövlət çevrilişi cəhdinin qarşısı 1992-ci ilin 24 oktyabrında Heydər-Xalq, Xalq-Heydər fəlsəfəsinin yüksəklərə qaldırılmasının nəticəsi olaraq qarşısı alındı.

Məhz bu cəhətlərinə görə xalq bir daha bu yekdilliyini bir nöqtədən idarə etmək, möhkəmləndirmək və mövcud hakimiyyəti bir-birlərini daxildən didən, parçalayan, utopik düşüncə sahibi olan torpaqlarımızın işğalına zəmin yaradan, satqın, xəyanətkar AXC-Müsavat partiyasını hakimiyyətdən devirmək məqsədilə bu addımı atdı. Bu seçim xalqın dünəni, bu günü və gələcəyi üçün edilirdi.

Buna görə də, xalqımızın ziyalıları, tanınmış elm xadimləri 15 oktyabr 1992-ci ildə belə bir partiyanın yaradılması və ona rəhbərlik etməsi xahişi ilə Heydər Əliyevə müraciət etdilər. Müdrik rəhbərimiz bu müraciətə, Azərbaycan xalqının səsinə səs verərək yüksək qiymətləndirdi, mövcud ictima-siyasi vəziyyəti təhlil edərək yeni müstəqil dövlətin quruculuğuna bütün vətəndaşların cəlb edilməsini, Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin qarşısının alınmasına, ölkədə yaranan problemlərin demokratik yollarla həllini göstərməklə Azərbaycanın gələcək həyatını və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasının zərurətdən irəli gəldiyini qeyd edərək 24 oktyabr 1992-ci il tarixində Naxçıvan şəhərindən ziyalılara belə bir partiyanın yaradılmasında və onun fəaliyyətində iştirakını bildirən məktub ünvanladı. Beləliklə 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Azərbaycan xalqının tarixində demokratik prinsipləri, azərbaycançılığı, milli birliyimizi, həmrəyliyimizi, sosial ədaləti, sivil qanunları özündə əks etdirən, Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması və s. istiqamətlərdə fəaliyyəti öz üzərinə götürən, dünənin, bu günün və gələcəyin partiyası yaradıldı.

22 noyabr tarixdə partiya bəyanat verərək başlıca proqram məqsədlərini bütün dünyaya bəyan etdi. 28 noyabr 1992-ci ildə isə partiyanın sədri Heydər Əliyev «Müxalifət naminə, müxalifətdə qalmayacağıq» tarixi proqram xarakterli bəyanatla çıxış etdi. Partiyanın yaradılması ilə xalqımızın müdrik rəhbərimizə, onun siyasətinə inamı daha da artdı və xalq onun ətrafında daha da sıx birləşərək öz liderini yenidən hakimiyyətə gətirdi.

YAP-ın yarandığı gündən mənbəyini Azərbaycan xalqı təşkil etdiyindən 1993-cü ildən 2018-ci il Prezident seçkiləri də daxil olmaqla bütün seçkilərdə qalib gəlmişdir. Partiyamızın qələbəsi Azərbaycan xalqının Heydər Əliyev siyasətinin və bu siyasətin davamı olaraq Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, məqsədyönlü siyasətin nəticəsidir.

Dövlət başçımızın son 17 ildə uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, təcavüzkar, işğalçı, terrorçu Ermənistan adlandırılan dövlətin 30 ilə yaxın bir vaxtda işğal altında saxladığı torpaqlarımızı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini - 822, 853, 874, 884 saylı qətnamələrini BMT Nizamnaməsinin 51-ci maddəsinin tələblərinə uyğun olaraq 44 gündə icra etdi, dəmir yumruqla düşmənə layiq olduğu zərbəni vurdu. Dünya tarixində misli görülməmiş qələbəyə iqtidar-xalq-ordu birliyi və milli həmrəyliyimiz sayəsində, Ali Baş Komandanımızın qətiyyəti ilə imza atılmışdır.

Bu tarixi əvəzsiz qələbə dövlət başçımızın uğurlu siyasəti sayəsində ölkəmizdə formalaşan milli birliyimizin, həmrəyliyimizin, dövlətçilik maraqlarımızın qorunmasının təmin edilməsinin, dəmir yumruq ətrafında sıx birliyinin bəhrəsidir. Müharibə dövründə 50-dən çox siyasi partiya Ali Baş Komandanın ətrafında birlik-həmrəylik nümayiş etdirdilər. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi özlərini «Milli Şura» adlandıran, əslində isə antimilli şura torpaqlarımızın işğal altına düşməsinə şərait yaratmış satqın, riyakar, ermənipərəst mövqedə olan AXCP-Müsavat cütlüyü bu müharibə dövründə də, özlərinin xəyanətkar mövqelərini bir daha nümayiş etdirdilər və milli birliyimizə zərbə vurmağa cəhd etdilər.

Azərbaycan xalqının, onun Müzəffər ordusunun bu müharibədə qələbəsindən sonra ölkəmizdə yeni siyasi sistemin formalaşdırılmasına başlanmışdır. İslahatlar dərinləşdirilmiş, siyasi dialoqun təşviq edilməsində bu ənənələrin formalaşdırılması istiqamətində işlər öz bəhrəsini verməkdədir. Bu mənada ölkəmizin həyatında əsas strateji resurs hesab edilən milli və siyasi həmrəylik, milli birlik fəlsəfəsinin daha da yüksək zirvələr fəth etməsində milli maraqlarımızın tam şəkildə qorunub möhkəmləndirilməsi əsas rol oynayır.

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, dünənin, bu günün və gələcəyin partiyası, milli birliyimizi, həmrəyliyimizi özündə cəmləşdirən hakim partiyamızın növbəti qurultayında 6 partiya bəyanat verərək YAP-ın proqram və nizamnaməsinə çox böyük hörmət və ehtiram göstərək Azərbaycanda gedən demokratik proseslərə dəstək verərək Yeni Azərbyacan Partiyasının tərkibinə daxil oldular.

Biz təhsil işçiləri də, YAP üzvləri olaraq müdrik rəhbərimiz Heydər Əliyevin «Mən müəllim adından uca ad tanımıram» fəlsəfi qiymətindən, partiyamızın sədri cənab İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətindən, iqtidar-xalq-ordu birliyi sayəsində əldə edilmiş 44 günlük müharibədəki tarixi qələbədən, təhsilimizə göstərilən diqqət və qayğıdan daha da ruhlanaraq gənc nəslin vətənpərvərlik ruhunda formalaşmaları üçün səylə çalışırıq. Dövlət başçımızın siyasətinin nəticəsi olaraq ölkəmizdə formalaşmış milli həmrəyliyimizin, birliyimizin möhkəmləndirilməsi, YAP-ın mövqeyinin daha da yüksəlməsi bizi daha da sevindirir, Prezidentimizin ətrafında sıx birləşdirir. Biz təhsil işçiləri ölkəmizdə gedən siyasi islahatları, siyasi dialoqu, siyasi partiyaların YAP ətrafında birləşmələrini yüksək qiymətləndiririk.

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?