• 22 Aprel 2021

Maskadan çox istifadə xərçəng xəstəliyini aktivləşdirir?

14:30 01/04/21 | Maraqlı

Yuhan Hidrobiologiya institutunun alimləri virusdan qorunmaq məqsədilə insanların taxdığı müxtəlif maskaların xərçəngin inkişafına təkan verəcəyini açıqlayıb. Alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, maska taxılması səbəbindən tənəffüs sistemi və orqanlarına gündəlik mikroplastik hissəciklərin daxil olması artır. Bu hissəciklər maskanın materialındadır. Ağciyərlərə düşən plastik çox aramla şişir, birləşir və uzun müddətdən sonra həcmi böyüyür. İmmunitet ağciyərdə yad cisim olduğunu anlayır və ona hücum etməyə çalışır. Bu zaman iltihabi proses artır. Bu proses zamanı xərçəng şişləri aktivləşir.

Aktivləşdirilmiş kömür tərkibli tibbi maskalarda 4 min plastik lif var. Ən az plastik pambıq, cərrahi, parça maskalarda olur.

Pandemiyanın uzanması ilə insanların maskadan zərər görməsi müddəti də artır. Alimlər virusdan qorunmaq üçün gün ərzində az maskada olmağı tövsiyə edir. Daha çox pambıq, cərrahi maskalardan istifadə edin.

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?