• 22 Aprel 2021

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib

13:50 02/04/21 | Sosial

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan azadaz.com-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 “İqla-S”, 1 “Muxa”, 1 “Foqot” markalı raket kompleksləri, 3 pulemyot, 1 avtomat, 1 qumbaraatan, 33 müxtəlif növ əl qumbarası, 308 müxtəlif növ mərmi, 10 avtomat darağı və 3000 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?