• 22 Aprel 2021

Azərbaycanda jurnalistlər vaksinasiyadan keçəcəklər

15:44 02/04/21 | Sosial

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, bununla bağlı kriteriyalar növbəti həftə açıqlanacaq: "Ölkəmizdə hazırda yaşı 40-dan çox olan vətəndaşların vaksinasiyası aparılmaqdadır. Bu sırada jurnalistlərdən də vaksinasiyadan keçənlər var. Bununla belə Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, jurnalistika riskli sahədir və burada çalışanların orta yaşı əsasən 20-40 arası olduğundan onların tez bir zamanda “COVID-19” əleyhinə peyvəndlənməsi zəruridir. TƏBİB ilə əldə edilmiş razılıq da bu zərurətin ödənilməsi məqsədi daşıyır". 

O qeyd edib ki, ilkin razılığa əsasən, KİV-lərdə çalışan və yaşı 18-dən yuxarı olan jurnalistlər peyvənd oluna biləcəklər.

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?