• 22 Aprel 2021

Şuşada aşkarlanan "İskəndər-M" raketidir - ANAMA

16:30 02/04/21 | Siyasət

"Agentlik tərəfindən Şuşada aparılan  təmizləmə əməliyyatı zamanı 15 martda iki müxtəlif yerdən raket qalıqları aşkar olundu". 

Azadaz.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində  9M723 indeks kodu  yoxlanılıb: "Bu zaman məlum olub ki, bu, "İskəndər" raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədir. Son aparılan  araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki,  bu "İskəndər-M" raketidir".

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir.

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?