• 15 May 2021

Rəqəmsal dünyamızın ən absurd qərarlarından biri

13:00 15/04/21 | Təhsil

İnformatika müəllimliyini seçənlər informatikadan deyil, kimyadan qəbul imtahanı verir

"Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: İnformatika müəllimliyi ixtisasını seçənlər informatikadan deyil, kimyadan qəbul imtahanı verməlidir". Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib.

İT üzrə ekspert ölkədə rəqəmsal problemlərin qocaldığını da vurğulayıb: "Son zamanlar rəqəmsal sektorda uzun illər həllini gözləyən problemləri bir daha xatırladıram. Baxıram ki, bizim rəqəmsal problemlərimiz də xeyli "qocalıb". Uzun illərdir ali məktəblərə qəbulda "İnformatika, yoxsa Kimya" problemi də öz həllini tapa bilmir. Dəfələrlə bu məsələ Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb. Belə görünür ki, bu il də İKT yönümlü ixtisası,  informatika müəllimliyini, proqramlaşdırma ixtisaslarını seçənlər informatika əvəzinə kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və Təhsil Nazirliyi bununla bağlı daxili problemlərini həll edə bilməyiblər".

Ekspert DİM və Təhsil Nazirliyinin bir araya gələrək I qrup qəbul imtahanında dəyişiklik etmələrinin zəruri olduğunu qeyd edib: "Situasiya təxminən belədir: DİM deyir ki, texnoloji ixtisaslara informatikadan imtahan götürülərsə, əksəriyyət kəsiləcək. DİM düşünür ki, bu Təhsil Nazirliyinin problemidir, məktəblərdə informatikanın tədrisi yetərli olmadığından, şagirdlərin bilik və bacarıqları da qənaətbəxş deyil. Təhsil Nazirliyi isə deyir ki, bu DİM-in problemidir, gərək DİM informatikanı imtahan olaraq daxil etsin ki, məktəblərdə, valideynlərdə və şagirdlərdə bu fənnə diqqət artırılsın. Əlbəttə, DİM-in elmi-statistik təhlillərindən görünür ki, məktəblərdə nəinki informatikanın, elə riyaziyyatın da tədrisində ciddi problemlər var. Amma nəzərə almaq lazımdır ki, MİQ müsabiqələrindən sonra informatikanın tədrisi məktəblərdə xeyli yaxşılaşıb. Beləliklə də, iki dövlət qurumunun ortaq məxrəcə gələ bilməməsi səbəbindən uzun illərdir ki, problem həll olunmadan qalır». 

O.Gündüz bildirib ki, bir müddət öncə DİM riyaziyyatdan bəzi tapşırıqların informatika fənni üzrə ola biləcəyini açıqlasa da, sonradan bunlar da unuduldu: «Ötən illərdə hökumət İKT yönümlü ixtisasların təsnifatını xeyli təkmilləşdirib. Yeni İT ixtisaslar, mexatronika və robototexnika, radiotexnika, aerokosmik, elektronika və telekommunikasiya mühəndisliyi və s. bu kimi ixtisaslar var. Düşünürəm ki, hökumət DİM və Təhsil Nazirliyini, rəqəmsal inkişafa cavabdeh olan dövlət qurumlarını bir araya gətirərək, normal müzakirələr təşkil etməli və 4-cü Sənaye İnqilabının çağırışlarını, rəqəmsal transformasiyanın tələblərini nəzərə alarq İT yönümlü ixtisasların olduğu 1-ci qrupun imtahanlarında kimya fənnini informatika ilə əvəzləməlidir». 

“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?