• 15 May 2021

Vətəni üçün gərəkli bir ömür yaşamış qəhrəman: Şəhid Kənan Hacıyev

14:00 15/04/21 | Digər

Vətən müharibəsinə qeyrətli cəngavər oğullar silaha sarılıb 30 il Azərbaycan torpaqlarını işğal edən erməni faşistlərinə öz yerini göstərmək üçün gedəndə 18 yaşlı Kənan İmran oğlu Hacıyev də onların sırasında idi. Odun-alovun içinə köksündə Vətən sevgisinə tapınan ürəyinin hökmü ilə gəlmiş və məkrli düşmənlə sona qədər döyüşərək qisasını alacağına and içmişdi. Həm də torpaq uğrunda düşmənlə haqq savaşı başlananda qəlbi vətən sevdalı Kənan əsgəri xidmətinin onuncu ayını böyük qürurla yola salırdı. Hərbi hissəsi də ön xəttə yerləşirdi.

Vətəni üçün hər an canında keçməyə hazır olan igid əsgər nifrət bəslədiyi erməni dığalarla bu müddətdə bir-neçə dəfə üz-üzə olmuşdu. Belə vaxtlarda əla döyüşçü keyfiyyətləri nümayiş etdirərək onların qara niyyətlərini ürəyində qoymuş, törətmək istədikləri təxribatlarının qarşısını qətiyyətlə almışdı...

Bəli, ürəyi Vətən, torpaq eşqi ilə döyünən Kənan Qarabağın azadlığı naminə qələbəyə böyük inam bəsləməklə döyüşə atıldığı gündən min əzab-əziyyətli, ölümlü yollardan keçir. Dığaların törətdiyi dəhşətlər hər an gözlərinin önündə canlanır. Qisas hissi ilə döyüşür, hər dəfə yağıya matəm libası geyindirəndə vuran qollarına yeni qüvvə gəlir. Füzuli, Xocavənd döyüşlərində əsl qəhrəmanlıq nümunəsi göstərir. Bir-birindən ağır müharibə meydanlarında silahdaşları ilə birgə dığalara vurduğu sarsıdıcı zərbələr qarşıdan gələn şanlı zəfərimizə inam yaradırdı. Təəssüf ki, Xocavənd azad olunan günü qəfil atılan güllə Kənanın bahar ömrünə son qoyur. Azərbaycan daha bir layiqli oğlunu itirir. Vətən müharibəsində qazanılan tarixi zəfər məhz belə igidlərin sayəsində oldu. İgid əsgər ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, və “Xocavəndin azad olunmasına görə “ medallarına layiq görüldü.

Bütün varlığı ilə Vətəninə, torpağına bağlı olan Kənan Hacıyev Lənkəran rayonunun Anboba kəndində dünyaya göz açmışdı. El-obada böyük hörməti vardı. Yetkinlik yaşına çatanda hamı Kənanın saflığına, qeyrətinə, qüruruna heyran kəsilir. Vətəni, xalqı üçün gərəkli bir ömür yaşamaq onun əsas amalı idi. Həyat yolu olduqca qısa olsa da, istəyinə çata bildi. Qəhrəmanlıqla zəngin döyüş yolu Kənana əbədiyyət qazandırdı. İndi təkcə Lənkəran camaatı yox, bütün Azərbaycan öz igid oğlu ilə qürur duyur.

Zəfər ORUCOĞLU

"Metsamor"un fəaliyyəti dayandırılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?