• 15 May 2021

Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək

15:30 15/04/21 | İqtisadiyyat

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sistemini dirçəltməyə imkan verəcək.

Bunu Trend-ə "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, bu dəmir yolu sisteminə digər dəmiryol dəhlizləri də qoşulur: "Zəngəzur dəhlizinin açılışı Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək".

Politoloq bildirib ki, nəqliyyat sektorunun inkişafı ölkə iqtisadiyyatının və müvafiq nəqliyyat infrastrukturunun inkişafına xidmət edir: "Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yollarıdır. Bu dəhlizin açılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq".

O xatırladıb ki, bu gün Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır: "Bu maşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq".

“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?