• 15 May 2021

​Mənə qəhrəman deməyin…

14:30 20/04/21 | Digər

Ələşrəf Niftiyev, Cavid Nuri. «Mənə qəhrəman deməyin, əsl qəhrəmanlar şəhidlərimizdir». Bakı şəhəri, “Elm və təhsil” nəşriyyatı, 2021, 68 səh.

Tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyevlə Vətən müharibəsi veteranı Cavid Nurinin oxuculara təqdim etdikləri bu kitab II Qarabağ savaşı döyüşlərində Zəfər qələbəsinin xalqımıza bəxş etdiyi yeni tarixə həsr edilib. Söhbətləşmədə bu missiyanın əhəmiyyətindən və sevgisindən bəhs olunur.

Kitabda uzun illərdən bəri həll olunmamış qalan Qarabağ münaqişəsinə son qoyulması, erməni vəhşilərinin təxribatlarına cavab olaraq işğal olunmuş torpaqlarımızın misli görünməmiş əks hərbi əməliyyatlar yolu ilə 44 gündə azad edilməsinin uğurları və döyüşçülərimizin qəhrəmanlıqlarından canlı söhbətlər yer alır. Azadlıq, xilaskarlıq uğrunda savaşda döyüşçülərimizin igidliklərinin şahidi və iştirakçısı olmuş, Füzulidən Şuşayadək vuruşmuş veteranla babasının dialoq və söhbətləşməsi fonunda bir dərs formatı oxuculara təqdim edilmişdir.

Kitabın redaktoru “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, məsləhətçisi Vətən müharibəsinin zabit veteranı, Masallı rayon İcra Hakimiyyəti başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevdir.

Tərtibatçı və korrektoru  Birinci Qarabağ müharibəsi və polis xidməti veteranı Müslüm Nuru oğludur.

Əlihüseyn ŞÜKÜROV

"Metsamor"un fəaliyyəti dayandırılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?