• 15 May 2021

"Dəmir Yumruq" sənədli filminin növbəti nümayişi olub

13:39 30/04/21 | Mədəniyyət

Masallı Rayon Heydər Əliyev Mərkəzində "Dəmir Yumruq" sənədli filmi növbəti dəfə nümayiş olunub. Azadaz.com-a verilən məlumata görə, Masallı rayon İcra Hakimiyyəti və Masallı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mir Şahinin "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub. Karantin rejiminin tələbləri gözlənilməklə mərkəzin tədbir salonunda təşkil edilmiş film nümayişində Müharibə iştirakçıları, Qazilərimiz və məktəblilər iştirak edib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmin nümayişinə başlamazdan əvvəl  söz Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovaya verilib.

A.Qafarova qonaqları salamalayaraq, Qazilərimizə, müharibə iştirakçılarına İkinci Qarabağ müharibəsində göstərdikləri şücaətə görə öz dərin minnətdarlığını ifadə edib və onlara möhkəm cansağlığı arzulayıb.

Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq film haqqında bildirmişdir ki, bu film Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi simvolu kimi dəyərləndirilir və bu filmi izləyəcək hər kəs ölkəmizin cənubunda, şimalında, qərbində, şərqində yaşayan azsaylı xalqlarımızın gənclərinin torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərinin şahidi olacaq.

ƏLİHÜSEYN ŞÜKÜROV

“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?