• 15 May 2021

İşğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur işləri ilə Azərbaycan aviasiya qovşağına çevrilir - RƏY

17:19 03/05/21 | İqtisadiyyat

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni hava limanlarının inşası ölkəmizin hava daşımaları sahəsində imkanlarını xeyli artıracaq və Azərbaycanın aviasiya qovşağına çevrilməsinə imkan verəcək.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə artıq üç beynəlxalq hava limanının təməli qoyulub və tikinti işləri sürətlə davam etdirilir: “Cənab Prezident İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edərkən bildirdi ki, tikintisinə bir neçə ay bundan öncə başlanılan birinci hava limanı sentyabrda istismara veriləcək. Eyni zamanda, Stenli Dilin Azərbaycana səfəri və "Silk Way West Airlines"ın 5 ədəd "Boeing 777 Freighter" təyyarəsi alması ilə bağlı razılaşmanın əldə olunması beynəlxalq şirkətlərin aviasiya sahəsində də Azərbaycana marağının artmasını göstərir”.

Deputat vurğulayıb ki, bu hava limanları işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq uçuşlar həyata keçirəcək: “Eyni zamanda, hava limanları təkcə sərnişin daşımaları üçün deyil, yük daşımaları da həyata keçirəcək ki, bu da ölkəmiz üzərindən yükdaşımaların həcminin xeyli artmasına imkan verəcək: “Xüsusilə, nəzərə alaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, bu isə daha geniş nəqliyyat dəhlizlərinə qoşulmağa imkan verəcək. Belə olan halda, təbii ki, hava limanları vasitəsilə də həmin dəhlizlərə çıxış imkanları artırılacaq.

Bu baxımdan, bütövlükdə Azərbaycanın coğrafi yerləşməsini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi Azərbaycanın da regional aviasiya qovşağına çevrilməsinə imkan yaradacaq”.

"Metsamor"un fəaliyyəti dayandırılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?