• 15 May 2021

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur

11:00 04/05/21 | Sosial

Artıq Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur.

Bu barədə Rusiyanın "İzvestiya" qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, qəzetin əməkdaşları Füzuli rayonunda olub:

"Şəhərə aparan yol İran sərhədi boyunca keçir. Bəzən mobil telefonlar "Irancell" mobil operatorunun şəbəkəsinə qoşulur. Amma azad edilmiş rayonların böyük hissəsində Azərbaycan operatorlarının siqnalı tutur. Bu, gözə dəyən ilk amildir. Üçtərəfli bəyanatın imzalanmasından sonra 6 aydan da az vaxt keçməsinə baxmayaraq, bütün bu ərazilərdə yaxşı mobil siqnal mövcuddur. Yol boyunca elektrik ötürücü xətlər və mobil rabitə qüllələri quraşdırılıb".

Müəlliflər qeyd edir ki, bu rayonlara daxil olarkən ən əsas qayda yoldan kənara çıxmamaqdır:

"Yol boyunca hər iki tərəfdən ərazilərin minalanması barədə xəbərdarlıq lövhələri dayanır. Son yarım il ərzində 50-dən çox mülki şəxs minaya düşüb. Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb etsə də, Ermənistan bu müraciətə əməl etmir".

Qəbələdə yeni körpü və avtomobil yolu bərpadan sonra istifadəyə verilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?