• 15 May 2021

Dünya Kubokunda yaxşı nəticə göstərmək istəyirəm - Azərbaycanlı gimnast

14:54 04/05/21 | İdman

Mən Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda yaxşı nəticə göstərmək istəyirəm.

Bunu Azərbaycan milli komandasının üzvü, Dünya Kubokunun iştirakçısı Arzu Cəlilova deyib.

O bildirib ki, yarışa hazırlıqlar intensiv keçir:

"Gündə səkkiz saata yaxın məşq edirəm. Yaxşı nəticə göstərmək istəyirəm. Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda ilk dəfə iştirak edəcəyəm. İndiyədək gənclər arasında turnirlərdə iştirak etmişəm, indi ilk dəfə böyüklər arasında xalçaya çıxacağam. Bu, çox həyəcanverici hissdir və doğma meydanda çıxış etmək böyük məsuliyyətdir".

Gimnastın sözlərinə görə, o və komanda yoldaşları Dünya Kubokunun Bakıda keçirilməsi qərarını böyük sevinclə qarşılayıb.

“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?