• 20 İyun 2021

Günəşdə güclü maqnit qasırğası baş verib

15:55 14/05/21 | Elm

Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasının alimləri 2019-cu ildən bəri planet miqyasında ən böyük maqnit qasırğasını qeydə alıblar. Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, maqnit qasırğası mayın 12-də axşam saatlarında baş verib. Məlumata görə, geomaqnit narahatlıq səviyyəsi doqquz ballıq miqyasda yeddinci səviyyəyə qədər yüksəlib: “Əslində, Yer kürəsi çox qısa və güclü kosmik zərbə alıb. Gün yarım keçdikdən sonra hadisənin mahiyyəti hələ kifayət qədər aydın deyil. Günəşdə gözə çarpan hadisələr olmayıb”.

Beynəlxalq sistemləşdirməyə görə, bu səviyyədə qasırğa enerji sistemlərinə əhəmiyyətli dərəcədə təsir edə, orbitdəki kosmik aparatlarda, peyk naviqasiyasında problemlər yarada, həmçinin radio rabitəsində fasilələrə səbəb ola bilər.

Hazırda vəziyyət sabitdir. Alimlər bilidirblər ki, Günəşdə alışma aktivliyi aşağı səviyyədədir.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?