• 20 İyun 2021

Moskvadan Paşinyana tərs şillə!

17:22 14/05/21 | Siyasət

İrəvanda hakim dairələrin həyata keçirdiyi ikiüzlü siyasət və saxta təbliğat artıq Kreml tərəfindən də ifşa olunmağa başlayıb. Belə ki, son olaraq erməni təbliğat maşını Zəngəzurda baş verən hadisələrlə bağlı İrəvanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından istifadə etməyə cəhd göstərib.

Lakin, bu dəfə Kremlin vaxtında reaksiya göstərməsi ilə Ermənistan hökumətinin növbəti yalanları ifşa olunub.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin “kömək müraciəti” yalanını şəxsən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edib. Bununla Kreml Ermənistana və şəxsən baş nazir Nikol Paşinyana tarixi bir dərs verərək, Moskvanın erməni yalanlarından təngə gəldiyini göstərib.

Digər yalanın üstünü isə erməni mətbuatı açıb. Belə ki, “Sputnik Ermənistan” nəşri sözügedən telefon danışığı ilə bağlı Kreml və İrəvanın yaydığı məlumatlar arasında fərqləri diqqətə çatdırıb.

Ermənistanın Nazirlər Kabineti Zəngəzurda baş verənlərlə bağlı “Azərbaycan tərəfinin əvvəlki mövqelərinə qayıtması” məsələsində Moskvanın İrəvanla həmfikir olduğunu iddia etsə də, Kremlin müvafiq açıqlamasında ümumiyyətlə bu istiqamətdə bir cümlə belə yer almayıb.

Hər iki fakt Ermənistan hökumətinin məkrli və riyakar siyasətinin əsl mahiyyətini növbəti dəfə ifşa edib.

Görünür, hələ müharibə dövründə “taktiki olaraq geri çəkilmə” yalanının banisi olan Ermənistan bundan dərs çıxara bilməyib. Çünki tarix bu cür yalanları bağışlamır və Azərbaycan Ordusunun şanlı qələbəsinin təsdiq olunduğu həmin gün gəlib çatdıqda, Ermənistan ordusunun taktiki olaraq deyil, aciz şəkildə düz İrəvana kimi qaçdığı da üzə çıxdı.

Həmin vaxt İrəvanda baş verənləri isə yəqin ermənilər özləri də yaxşı xatırlayırlar.

Rəsmi Bakının qətiyyətli mövqeyi və Azərbaycanda aparılan düzgün siyasət bu gün İrəvanı o qədər çarəsiz və acınacaqlı vəziyyətə salıb ki, hətta Moskvada axtardığını tapa bilməyən ermənilər Rusiya prezidenti ilə telefon danışığının məzmununu təhrif etməkdən də mədət umur.

Azərbaycanın regionda yaratdığı yeni reallıq isə Müzəffər Ordumuzun döyüş meydanında qazandığı qələbə kimi o qədər parlaqdır ki, Kreml də bundan öz payına düşəni alır, artıq erməni yalanlarına nəinki göz yumulmur, hətta birbaşa olaraq ifşa olunur.

Ermənistan hökuməti isə “taktiki olaraq geri çəkildiyi” zaman olduğu kimi indi də sadəcə öz xalqını aldadır. Artıq Moskva da erməni yalanlarına “inanmır”...

Orxan Tağıyev

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?