• 20 İyun 2021

DSX-dən açıqlama gəldi: Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı

17:46 14/05/21 | Siyasət

Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən son günlər bu istiqamətdə baş verənlərlə bağlı rəsmi mövqe bildirilib. Hazırda da Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır”.

Xatırladaq ki, 12 may tarixindən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.

COVID-19-a qarşı əleyhinə peyvənd olunanların sayı açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?