• 20 İyun 2021

Masallıda onlayn qaydada keçirilən şahmat üzrə rayon turnirinə yekun vurulub

22:00 14/05/21 | İdman

Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə  ilə İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı  ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlunun anadan olmasının 45-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər  arasında Şahmat idman növü  üzrə onlayn qaydada Masallı rayon turnirinə  yekun vuruldu.

Azadaz.com xəbər verir ki, koronavirus (COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq keçirilən, mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək rayon turnirinin  keçirilməsində əsas məqsədin Vətən uğrunda öz canlarını fəda etmiş ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlunun anadan olmasının 45-ci ildönümün yad edilməsi, həmçinin gənclər arasında hərbi vətənpərvərlik ruhunun  artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu vurğuladı.

Yarışın yekun nəticəsinə əsasən gənclər (qızlar) arasında birinci yerə Sadıqzadə Səma Kənan  qızı, ikinci yerə Quliyeva Zeynəb Ruhil  qızı, üçüncü yerə isə Ağacanova Lalə Rauf qızı layiq görülmüşdür.

Gənclər (oğlanlar) arasında birinci yerə Talibzadə Mirseyidəli Araz oğlu, ikinci yerə Dadaşov Dadaş İbrahim oğlu, üçüncü yerə isə Ağacanov Fuad Rauf oğlu layiq görülmüşdür.

Turnirdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla  mükafatlandırılmışdırlar.

Mükafatlandirma mərasimi bitdikdən sonra Masallı rayon Gənclər və İdman İdarəsinin,Uşaq Gənclər İdman Şahmat məktəbinin rəhbərliyi və əməkdaşları ,  turnirdə qalib gəlmiş şahmatçılar şəhid mayor Novruzov Anar Gülverdi oğlunun məzarını ziyarət etmiş və məzarı üzərinə gül dəstələri qoyaraq  şəhidimizin əziziz xatirəsini yad etmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?