• 20 İyun 2021

Yaşasaydı 20 yaşını qeyd edəcəkdi

22:26 14/05/21 | Sosial

Sən demə onun taleyinə Vətəni müdafiə etmək yazılıbmış... 

Masallı Rayon İcra Hakimiyyəri başçısının müavini Aybəniz Qafarova və Masallı Rayon İcra Hakimiyyəri başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və başqaları Masallı rayon Xıl kəndində Şəhid Mikayıllı Elgün Aqil oğlunun anadan olmasının 20-ci ildönümü ilə əlaqədar məzarını ziyarət edərək üzərinə tər gül dəstəələri düzmüş, xatirəsini ehtiramnla yad etmişlər.

Azadaz.com-a verilən məlumata görə, Elgün Aqil oğlu Mikayıllı 13 may 2001-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 2007-2018-cü illərdə Əli bəy Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Elgün Mikayıllı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Elgün Aqil oğlu Mikayıllı “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

16 oktyabr 2020-ci il tarixdə Masallı rayonu Xıl kənd qəbiristanlığında dəfn edilib. 

Subay idi...

ƏLİHÜSEYN ŞÜKÜROV

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?