• 20 İyun 2021

Hərbi təyyarələrimiz və "Bayraqdar"lar uçuşlar həyata keçirir

14:22 15/05/21 | Daxili Siyasət

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, "Bayraqdar" və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb. Bu barədə Azadaz.com-a Müdafiə Nazirliyindən bildirilib.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?