• 20 İyun 2021

“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət edib

14:51 15/05/21 | İdman

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda mayın 19-u keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu öncəsi hər iki klubun ən böyük azarkeş qrupları sözügedən görüşə azarkeşlərin buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.

"İmarət Tayfa" və "Forza Neftçi" özlərinin sosial media hesablarında yazıblar. "Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!

PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!" - deyə "İmarət Tayfa"nın "Facebook" səhifəsində qeyd olunub.

"Forza Neftçi"nin isə sosial hesabında bu sözlər yer alıb: "Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyatı qurumlardan rica edirik ki, Azərbaycan Premyer Ligasının son turunda gerçəkləşəcək "Neftçi Bakı - Qarabağ" matçına azarkeşlər buraxılsın".

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?