• 20 İyun 2021

Boston bələdiyyəsinin qarşısında Azərbaycan bayrağı qaldırılıb

09:20 30/05/21 | Diaspora

ABŞ-ın tarixi şəhərlərindən biri, Massaçusets ştatının paytaxtı Boston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü il dönümü münasibəti ilə şəhərin bələdiyyə binasının qarşısında Azərbaycan bayrağı qaldırılıb.

Layihə Yeni İngiltərə (“New England”) Azərbaycan Cəmiyyətinin rəhbəri Tünzalə Eynullanın təşəbbüsü və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Üç rəngli bayrağımız Bostonda yaşayan həmvətənlərimizin iştirakı ilə Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb.

Qeyd edək ki, Azərbaycan bayrağı 10 gün ərzində bələdiyyə binasının qarşısında dalğalanacaq.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?