• 20 İyun 2021

Xalq artistinin səhhəti pisləşib

23:52 08/06/21 | Mədəniyyət

Koronavirusa yoluxaraq reanimasiyaya yerləşdirilən xalq artisti Ramiz Əzizbəylinin səhhəti pisləşib. Öalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli bu haqda sosial şəbəkədə yazıb: "Əmi, bizi sənsiz buraxma. Dostlar, dualarınızı əsirgəməyin".

Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli isə saytımıza açıqlamasında "Atamın vəziyyəti ağır olaraq qalır. Heç bir irəliləyiş yoxdur", - deyib.

Qeyd edək ki, Ramiz Əzizbəyli Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.

Azərbaycanda 88 nəfər COVID-19-dan sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?