• 20 İyun 2021

Nəticələr uğurlardan xəbər verir

08:16 10/06/21 | İqtisadiyyat

2021-ci ilin I rübündə Abşeron rayonunun “Sosial-iqtisadi inkişafı” haqqında

Bildiyimiz kimi ölkənin makroiqtisadi göstəricilərinin artımı, xarici iqtisadi əlaqələrin inkişafı və əhalinin rifah halının yüksəlməsi dövlətin iqtisadi siyasətinin düzgün istiqamətləndirilməsidir. Bu gün iqtisadi sahədə həyata keçirilən islahatlar ölkənin əksər regionlarında, o cümlədən Abşeron rayonun da bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, qeyri-neft sektorunun davamlı inkişafına əlverişli zəmin yaradıb.

Belə ki, rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən rüb ərzində 122.8 milyon manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.6 faiz çoxdur. Abşeron rayonunda sənayenin inkişafında qeyri-dövlət sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən 2021-ci ilin yanvar-mart aylarında 95.9 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilmişdir ki, bu da ümumi məhsulun 78.1 faizi qədərdir.

Rayonun sosial-iqtisadi infrastruktur sahələrindən biri olan nəqliyyat sektorunda isə rüb ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 290.0 min ton və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17.6 faiz az yük daşınmışdır. 2021-si ilin yanvar-mart aylarında fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasından əldə olunan gəlir 0.6 milyon manat olmuşdur.

Hesabat dövründə müəssisə və təşkilatlara, həmçinin əhaliyə faktiki qiymətlərlə 3.4 milyon manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26.5 faiz çox rabitə xidməti göstərilib. Əldə olunan gəlirin 29.0 faizi qeyri-dövlət sektorunun payına düşür.

2021-ci ilin I rübündə rayonda 115.8 milyon manatlıq investisiya qoyuluşu olub. Qoyulan investisiyanın 112.8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

Rüb ərzində əhaliyə pərakəndə ticarət və iaşə şəbəkələrindən 119.1 milyon manata bərabər istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8.0 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətin dəyəri isə 19.7 milyon manat olmaqla keçən il ilə müqayisədə 12.3 faiz azdır. Dövlət mülkiyyətinə məxsus təşkilatlar tərəfindən əhaliyə 13.6 milyon manatlıq, qeyri- dövlət mülkiyyətinə aid təşkilatlar tərəfindən isə 6.1 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir.

Abşeron rayonunda 553,9 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Rayonda bu il tərəvəz əkinində də artım müşahidə olunub. Belə ki, 2021-ci ilin yanvar-mart aylarında əvvəlki il ilə müqayisədə 2,1faiz çox olmaqla 501,9 hektar sahədə tərəvəz əkini aparılmışdır.

Abşeron rayonunun kənd təsərrüfatı müəssisələrində, əhali və kəndli fermer təsərrüfatlarında 2021-ci il aprel ayının 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyalarında 19851 baş qaramal, o cümlədən 12983 baş inək və camış, bundan əlavə 104915 baş qoyun və keçi mövcud olmuşdur. Cari ildə təqdim olunan statistik məlumatlara və müvafiq hesablamalara görə diri çəkidə 799.0 ton ət, 9463.0 ton süd istehsal edilmişdir.

Hesabat dövründə işə düzəlmək üçün 627 nəfər rayon məşğulluq mərkəzində qeydiyyatdan keçmişdir ki, onlardan 571 nəfəri mərkəz tərəfindən işlə təmin edilmişdir. Bu da insanların rufah halının yaxşılaşmasına kömək etmişdir.

Abşeron rayonu respublikanın bu gün ən aparıcı rayonlarından biri olmaqla, burada sosial sahənin inkişafı da yüksək səviyyədə təmin olunur. Quruculuq – abadlıq işləri lazım olan səviyyədə davam etdirilir. Beləliklə, Abşeron rayonu günü-gündən gözəlləşir.

Təvəkkül MİRZƏYEV,
Abşeron Rayon Statistika İdarəsinin rəisi

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?