• 20 İyun 2021

Erməni maraqlarına xidmət edənlərə bəhanə verməyək!..

10:47 10/06/21 | Siyasət

Abutalıb SƏMƏDOV,
​Azərbaycan Naminə Alyans Partiyasının sədri

 

10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın 4-cü maddəsinin tələbinə görə Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Ruslar yerləşdi, ancaq, erməni silahlılarının çıxarılması barədə heç bir məlumat yoxdur. Rus sülhməramlıları erməni silahlılarını çıxarmaq üçün heç bir iş görmürlər. Təəssü ki, Bəyanatın 5-ci  maddəsinə əsasən “razılaşmalara əməl edilməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə” yaradılan sülhməramlı monitorinq mərkəzi bu istiqamətdə heç bir iş görmür. Ümumiyyətlə, böyük ümidlər bəslədiyimiz bu mərkəzin fəaliyyəti barədə nə özlərinin, nə də Müdafiə nazirliyimizin heç bir məlumat verməməsi ciddi narahatlıq doğurur…  

Minalanmış sahələrin xəritəsini ermənilər müxtəlif bəhanələrlə verməkdən imtina edirlər və beynəlxalq aləm buna susqunluqla yanaşır. Bu münasibətə biz çoxdan alışmışıq. Azərbaycan əleyhinə fasilə vermədən qərarlar qəbul edən Avropa İnsan Hüquqları Məhkəməsi minalanmış sahələrin xəritəsini verməyən  Ermənistana qarşı aralıq tədbirlərinin görülməsi barədə tələblərimizi təmin etmədi.

Ən xırda hadisələri böyüdüb, “şivən” qaldıran “Sərhədsiz reportyorlar” təşkilatı “iki azərbaycanlı jurnalistin minaya düşərək  ölməsi erməniləri qətldə günahlandırmaq üçün əsas sayıla bilməz”-bəyanatını verdi.

Buna da alışmışıq və beynəlxalq qurumların bu cür ədalətsiz addımları bizi uzun müddətdir ki, təəccübləndirmir. Çünki Ermənistan tərəfi “Zəngəzur dəhlizi”nin açılmasını ləngitmək üçün əlindən gələni edir. Parlament seçkilərinə qatılan partiya və bloklar dəhlizin işə düşməsinin yolverilməz olduğunu deyirlər. Bunun qarşılığında Azərbaycanda  bəzi siyasi qüvvələr “Laçın dəhlizi bağlanılmalıdır” tələbini tez-tez səsləndirirlər.

Bu vəziyyətdə biz hansı mövqeni tutmalı, hansı addımları atmalıyıq?

Yaxın günlərdə ABŞ prezidenti Türkiyə və Rusiya prezidentləri ilə “Qarabağ məsələsini” müzakirə edəcək.

Minsk qrupu  “tərəflərə məlum olan element və  prinsiplər” əsasında “təkliflər” hazırlayacaq, Rusiya və Fransa prezidentləri “yeni” təşəbbüslə çıxış edəcəklər. Bu addımların hamısı Azərbaycanın əleyhinə yönəlmiş diplomatik gedişlərdir. Bu məqamda biz xüsusilə ehtiyatlı olmalı və birliyimizi qorumalıyıq. Unutmamalıyıq ki, bizim qarşımızda Ermənistan deyilən “müstəqil dövlət” dayanmayıb. Böyük qələbəmizdən narahat olan və hər vasitə ilə ermənilərə yardım etməyə çalışan dünya  gücləri dayanıb. Bizim erməni təxribatlarına emosional yanaşmaq və emosional cavab vermək haqqımız yoxdur. Qələbəmizi, Türkiyənin bölgədə nüfuzunun artmasını “həzm edə bilməyən” ermənipərəst dövlətlərə də bu lazımdır.

Biz təxribatlara uymamalı, 10 noyabr və 11 yanvar bəyanatlarının icra olunması üçün səbrlə ardıcıl iş aparmalı,  “görmə” və “anlama” problemi olan dünya güclərinə dönə-dönə sübut etməliyik ki, bölgədə sülhün, iqtisadi əməkdaşlığın təmin olunması üçün konstruktiv fəaliyyət göstərməyə hazırıq. Bir an belə unutmamalıyıq ki, “minalanmış” diplomatik sahədəyik və bir ehtiyatsız addım  bizə çox ciddi problemlər yarada bilər.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?