• 20 İyun 2021

ABŞ işğaldan azad edilmiş ərazilərin minalardan təmizləməsində iştirakda maraqlıdır

20:00 10/06/21 | Siyasət

ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında, xüsusilə minalardan təmizləmə fəaliyyətində iştirakda maraqlıdır.

İqtisadiyyat Nazirliyindən Azadaz.com-a verilən məlumata görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı deyib.

O həmçinin regionda dayanıqlı sülhün bərqərar olmasının, regional inkişafın önəmini vurğulayıb.

Görüşdə ABŞ-la iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın, iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?