• 20 İyun 2021

Gömrük Akademiyasında yeni ixtisas açılıb

20:36 10/06/21 | Elm

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas - “İnformasiya texnologiyaları” ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq.

Azadaz.com bildirir ki, beləliklə, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək.

Bununla yanaşı, Akademiyada 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul “Gömrük işi” və “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmaları üzrə həyata keçiriləcək.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?