• 20 İyun 2021

Masallıda vakant vəzifələrə Vətən müharibəsi iştirakçıları təyin olunub

21:20 10/06/21 | Sosial

Masallıda Rayon İcra Hakimiyyəti başçısının müvafiq Əmri ilə 4 nəfər Vətən müharibəsi iştirakçısı yeni vəzifələrə təyin olunmuşdur.

İcra Hakimiyyətindən Azadaz.com-a verilən məlumata görə, belə ki, Həbib Musaxan oğlu Həbibov Masallı Rayon İcra Hakimiyyəti başçsının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahmar Qismət oğlu Əkbərov Masallı rayon İcra hakimiyyəti başçsının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi, Samir Rövşən oğlu Həsənzadə Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi və Aqşin Şahin oğlu Quliyev Masallı rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifələrinə təyin olunmuşlar.

Yeni təyinat aolmış müharibə veteranları barədə məlumatlar aşağıdakı kimidir:

Həbib Musaxan oğlu Həbibov 17 fevral 1973-cü ildə Masallı rayonunun Yelağac kəndində anadan olmuşdur. 1990-1992 ci illərdə Rusiya Federasiyasında, 1992-1994-cü illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant, 1994-2019-cu illərdə «N» saylı hərbi hissədə tağım komandiri, bölük komandiri və avtomobil xidmət rəisi vəzifələrində çalışmışdır. 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı da avtomobil xidmət rəisi kimi iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  ”Qüsursuz xidmətlərə görə” III dərəcəli, ”Qüsursuz xidmətlərə görə” II dərəcəli, ”Qüsursuz xidmətlərə görə” I dərəcəli və ”Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə təltif olunmuşdur.

Şahmar Qismət oğlu Əkbərov 27 fevral 1984-cü il Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur. 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində idarə etmə mühəndisliyi Ixtisası üzrə kursant, 2005-2008-ci illərdə «N» saylı hərbi hissədə bölük komandiri, 2008-2020-ci illərdə Masallı rayonunda müxtəlif özəl şirkətlərdə satış təmsilcisi və 2020-ci ildə başlanan Vətən müharibəsində bölük komandiri kimi döyüşlərə qatılmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Samir Rövşən oğlu Həsənzadə 20 Yanvar 1993-cü ildə Masallı rayonunun Musaküçə kəndində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində menecment ixtisasi üzrə ali təhsil almışdır. 2018-2019-cu illərdə N saylı hərbi hissədə əsgər kimi xidmət etmiş və 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.

Aqşin Şahin oğlu Quliyev 1 sentyabr 1994-cü ildə Masallı rayon Həsənli kəndində anadan olmuşdur. 2011-2015-ci illərdə Sumqayıt Dövlət Universitetində tarix müəllimliyi ixtisasını bitimişdir. 2015-2016-cı illərdə «N» saylı hərbi hissədə kiçik çavuş, 2019-2020-ci illərdə Xaqani oteldə qeydiyyatçı kimi çalışmşdır. 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?