• 20 İyun 2021

Bu il məktəblərdə "Son zəng" təşkil olunacaq

21:44 10/06/21 | Təhsil

Bu il ümumtəhsil məktəblərində "Son zəng" təşkil olunacaq. Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilib və müsbət cavab gəlib.

"Yaxın günlərdə şərtlər elan ediləcək. Bu şərtlər çox sadədir, açıq havada və müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən çox məzunu olan məktəblərdə yəqin ki, bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Sosial məsafəyə riayət olunması tələb ediləcək" - deyə, E.Əmrullayev qeyd edib.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?