• 20 İyun 2021

“Din və Cəza”: İlham Rəhimovun kitabı Azərbaycan dilində çap edilib

16:13 11/06/21 | Elm

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində rus dilində çap edilmiş “Религия и Наказание” (Din və Cəza) adlı kitabı Azərbaycan dilinə tərcümə edilib.

Bu kitabda dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılıb. Həmçinin müəllif tərəfindən dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışları da araşdırılıb.

Kitab tələbələr, doktorantlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?