• 20 İyun 2021

Sərgilər mövsümü davam edir: Bir neçə sərgi eyni məkanda cəmlənib

20:39 11/06/21 | Mədəniyyət

Bakıda sərgi və istirahət məkanı kimi tanınan Bayıl dənizkənarı zonası (Dənizkənarı Bulvarın axırında, Bayraq Meydanının yaxınlığında) sakinlər və şəhərin qonaqları üçün bir neçə yeni ekspozisiyalar təqdim edir. İlk növbədə NARGIS Nəşriyyat evinin hazırladığı “Reduce, Reuse, Recycle, Respect” sərgisini qeyd etmək lazımdır.

15 instalyasiyadan ibarət sərginin əsas mövzusu ətraf mühitlə ünsiyyət, təbiətə sayğı ilə yanaşma olub. Bütün sənət əsərləri qeyri peşəkarlar tərəfindən təkrar emala yararlı tullantı materiallardan hazırlanıb. Məsələn Bakı Avropa Liseyinin şagirdləri düymə, qayçı, muncuq və digər əşyalardan böyük alman alimi Eynşteynin portretini yaradıblar.

Açıq havada olan bu sərgi avqustun 1-nə kimi davam edəcək.

COVID-19-a qarşı əleyhinə peyvənd olunanların sayı açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?