• 20 İyun 2021

Xaçmazın turizm zonalarında təmizlik aksiyasına başlanılıb

19:13 11/06/21 | Sosial

Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Xaçmaz rayonunun turizm zonalarında yerləşən çimərliklərində təmizlik işlərinə start verilib. Sahilboyu ərazilərin təmizlənməsinə mənzil-kommunal təsərrüfatı idarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyənin işçiləri eləcədə gənc könüllülər cəlb olunub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb.

Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Görülən tədbirlər nəticəsində Niyazabad kəndində və İstisu qəsəbəsinin sahil zolaqları məişət tullantılarından təmizlənib. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilib. 

Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.

Ermənistanda seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?