• 29 İyul 2021

Azərbaycanda 88 nəfər COVID-19-dan sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib

17:58 20/06/21 | Sosial

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azadaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 493 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981 nəfərdir.

Ölkədə son sutka ərzində 7 581, hazırkı dövrədək isə 3 675 862 test aparılıb.

Qərbin ikili standartları Ermənistanın əl-qolunu yenidən açır



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?