• 20 Sentyabr 2021

Azərbaycanda fəaliyyət göstərən icmalar Şuşa Bəyannaməsini dəstəkləyir

06:05 22/06/21 | Diaspora

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif icmalar Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair qədim mədəniyyət paytaxtında imzalanmış 15 iyun tarixli Şuşa Bəyannaməsini böyük razılıq hissi ilə qarşılayırlar.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Azadaz.com-a bildirilib ki, Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenkonun, Dağ Yəhudiləri Bakı Dini İcmasının sədri Milix Yevdayevin, Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarovskinin, Gürcü Yəhudiləri Bakı Dini İcmasının sədri Zamir İsayevin imzaladığı bəyanatlarda bu ölkədə hər kəsin müstəqil Azərbaycan dövlətini öz doğma Vətəni hesab etdiyi, əmin-amanlıq və rifah şəraitində yaşadığı qeyd olunur: “Bizim övladlarımız işğal altında olan torpaqların azad olunmasında yaxından iştirak etməklə öz vətənləri olan Azərbaycan qarşısında mənəvi vəzifələrini yerinə yetiriblər".

Bildirilib ki, Şuşa Bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycanda fəaliyyət göstərən bütün icmalar müstəqil xarici siyasət həyata keçirən iki dövlət tərəfindən imzalanan, müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsini dəstəkləyir və Azərbaycanın yanında olduqlarını bəyan edirlər.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?