• 29 İyul 2021

Diaspor rəhbəri niderlandlı deputatları idmanı siyasi oyunlara alət etməməyə çağırıb

08:18 26/06/21 | Diaspora

Niderland–Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın Niderland parlamentinin Nümayəndələr Palatasına sərt etirazını bildirib. Buna səbəb palata üzvlərinin ölkənin futbol üzrə milli komandasının qələbə qazanacağı təqdirdə Bakıda keçiriləcək dörddəbir final oyununda iştirak etməmək barədə dövlət məmurlarına çağırış etməsi olub.

Azadaz.com xəbər verir ki, İ.Aşkın Niderland mediasında ortaya çıxan xəbərin bu ölkənin yığmasının çempionatdakı uğurlarına sevinən soydaşlarımızı üzdüyünü qeyd edib: “Parlamentin çağırışı Azərbaycan xalqını məyus edib. İdman elə gözəl sahədir ki, hətta düşmənlik edən iki ölkə arasında yarışlar keçirilir. Sanki heç bir şey baş verməyib və layiq olan qələbə qazanır”.

Niderlandın siyasi dairələrindən qarşılıqlı anlayış gözlədiklərini vurğulayan İ.Aşkın parlamentarilərə sərt suallar ünvanlayıb: “1992-ci ildən bəri erməni işğalçıları tərəfindən əsir götürülən azərbaycanlılardan heç xəbəriniz varmı? İki həftə öncə bu işğalçıların Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına yerləşdirdikləri minaların partlaması iki gənc jurnalistimizin şəhid olması ilə nəticələndi. Əcəba, səsiniz çıxdımı? Onların haqqı nə olacaq? İkiüzlülük edilir və bunun yanında avropalı həm səsini çıxarmır, həm də idmanın siyasətə bulaşmasına susmaqla bizi dərindən üzür. Ümid edirəm ki, sağlam qərar qəbul etməklə idmanı siyasi oyunlara alət etməzlər”.

Heydər Əliyev Sumqayıtda – 20 il əvvəl...



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?