• 29 İyul 2021

"Delta ştammı"na Azərbaycanda təsadüf edilərsə…

13:20 08/07/21 | Gündəm

Əməkdar həkim: «Koronavirusun başqa ştammının
dövriyyəyə buraxılması ilə əlaqədar şübhələrim var»

“50 illik təcrübəmə əsaslanaraq deyirəm ki, koronavirus digər viruslardan fərqli olaraq fəsli xarakter daşımır. Yəni, isti və ya soyuq havadan asılı olmayaraq bu virus özünü dəyişmir. Əvvəllər inanmasam da son vaxtlar şübhə edirəm ki, bu süni şəkildə yaradılmış virus ola bilər”. Bu fikirləri açıqlamasında həkim-terapevt, əməkdar həkim Tariel Eyvazov deyib.

Onun sözlərinə görə, əgər, bu süni şəkildə idarə olunan virusdursa, vaksinasiya ilə virusun qarşısı alındığı bir vaxtda koronavirusun başqa ştammının dövriyyəyə buraxılması ilə əlaqədar şübhələrim var: “Bütün bunlar mənim şəxsi fikirlərimdir. Əgər, bu həqiqətən belədirsə, bizlər də onun qarşısının alınması üçün müəyyən profilaktik tədbirlər görməliyik”.

T.Eyvazov vurğulayıb ki, ilk növbədə sərhədlərimizdən daxil olan şəxslər ciddi şəkildə yoxlanılmalıdır: “Daha sonra isə həmin virusun təyin edilməsi, yoxlanılması indidən təşkil olunmalıdır. Virusun yeni ştammı yayıldıqdan sonra yoxlamalara başlamaq lazım deyil. Bunun üçün biz birinci hərəkətə keçməliyik. Müalicəyə gəldikdə isə bu məsələdə tam müalicədən söhbət getmir. Əsas məsələ profilaktik tədbirlərin görülməsi və insanlar arasında sosial məsafənin gözlənilməsidir. "Delta ştammı"na Azərbaycanda təsadüf edilərsə, digər viruslarda olduğu kimi immunitet sistemini qaldıran və sistematik olaraq digər müalicə vasitələri seçiləcəkdir”.

MƏMMƏDHƏSƏN

Makronun küyünə gedən Paşinyan: belə davam edə bilməz



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?