• 29 İyul 2021

Günəş altında uzun müddət qalmaq sağlamlıq üçün təhlükəlidir

15:31 08/07/21 | Sosial

Dərisində qaşınma, qıcıqlanma, qızarma kimi hallar olan insanlar
günəşdən nə qədər uzaq olsalar, bir o qədər yaxşı olar

Günəş şüaları sağlamlığımız üçün olduqca faydalıdır. Əlbəttə, mütəxəssislər tərəfindən tövsiyə olan vaxtlarda və lazımi miqdarda. Həmçinin günəş şüaları bədəni D vitamini ilə təmin edir. Bundan əlavə günəş şüaları bir çox xəstəlik üçün də əhəmiyyətlidir. Amma günəş altında uzun müddət qalmaq sağlamlıq üçün təhlükəli xəstəliklərə də səbəb ola bilər.

Dərisində qaşınma, qıcıqlanma, qızarma kimi hallar olan insanlar günəşdən nə qədər uzaq olsalar, bir o qədər yaxşı olar. Çox günəşdə qaldıqda dəri maye itirir, quruyur və zədələnir. Hətta müxtəlif infeksiyalara tutulma faizi də artır. Dəri həssaslaşır. Bu da bir çox xəstəliklərin yaranmasına şərait yaradır. Dəri xərçəngi kimi...
Bildiyimiz kimi, xərçəng xəstəliklərinin ən geniş yayılmış formalarından biri də dəri xərçəngidir. Yay ayları gəldikdə bu xəstəliyə yoluxma riski də artır. 

Ümumiyyətlə, günəş şüaları dəri xərçənginə nə dərəcə də təsir edir? Bu sualın cavabı çox adamlar üçün maraqlıdır. Uzun illər araşdırmalar nəticəsində mütəxəssislər belə qənaətə gəliblər ki, dəri xərçənginə daha çox anadangəlmə xalları çox olan insanlar yoluxur. Bu xəstəliyə meylli olan insanların günəş altında çox olması zərərlidir. Bizim ölkədə də bu xəstəlik əvvəlki illərə nisbətən artmağa başlayıb. 

Onkoloji xəstəliklər sırasında rastgəlmə tezliyinə görə dəri xərçəngi 3-cü yerdədir. Dəri xərçəngi, əsasən bədənin açıq hissələrində yaranır, 70 faiz isə üz nahiyəsində inkişaf edir. Bu şişlərin ən “sevimli” yerləri alın, burun, göz ətrafları, gicgahlar və qulaq seyvanıdır.

Dəri xərçənginin yastı və bazal hüceyrələrinin inkişafı məlum deyil. Risk faktoru kimi tütün tüstüsü daxil olmaqla həddindən artıq günəş şüası, ionlaşdırıcı radiasiya, eləcə də, dəriyə düşən kimyəvi kanserogen təsir göstərilə bilər. Xəstəliyin çoxalma və inkişafı yaş həddinə görə ehtimal olunur. Qadınlar və kişilər bu xəstəliyi eyni tezlikdə keçirirlər. Risk faktorlarına zəifləmiş immun sistemini də göstərmək olar ki, bu da QİÇS xəstələrində baş verir.

Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatına görə hər il melonomaya tutulanların ortalama sayı 132 mindir. Qeyd edək ki, melonom dəri xərçənginin ən kəskin formasıdır. Bu xəstəliyin sayı son 57 ildə 3 dəfə artıb. 

Bildiyimiz kimi yay aylarında dənizə gedənlər çox olur. Bu insanlar dəniz kənarında özlərini günə çox verməməli olduqlarını bilməlidirlər. Bu zaman zərərli şüalar dərinin altına keçərək DNK-nın strukturunu dağıda  və burada mutasiya yarada bilər. Dərimizin üst qatlarında olan melanosit hüceyrələrinin köməyi ilə “melanin” adlı maye ifraz olunur. Bunun nəticəsində dəri qaralaraq müdafiə funksiyasına keçir. Bədənimizin həmin qara dərisi bizi zərərli günəş şüalarından qoruyur. Zərərli şüalar dedik də ultrabənövşəyi şüalar nəzərdə tutulur. 

Bəzən dəridə yanma halları baş verir. Bunun nəticəsində dəridə suluqlar və ləkələr əmələ gəlir. Uşaqlıqdan dəri yanıqları olan insanlarda melonoma riski daha çoxdur. Buradan da belə nəticə çıxara bilərik ki, qaralma zərərli proses deyil. Zərərlə olan qaralma qaydalarına düzgün riayət etməməkdir. 

Ekspertlərin fikrincə, dərisini qaraltmaq istəyənlərin buna yazın əvvəllərindən başlamaları məsləhətdir. Yayda isə qaralmağa səhər saatlarında başlamaq gərəkdi. Qaralmaq üçün ən yaxşı vaxt isə, dermatoloqların fikrincə, saat 16-dan sonradır. Bu zaman günəş qürub etdiyindən onun ultrabənövşəyi şüaları xeyli zəifləyir.

QUMRU

Azərbaycan özünün verdiyi vaksin pasportunu niyə tanımır?



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?