• 20 Sentyabr 2021

7 iyulda imzalanan Prezident fərmanı: Dünyaya verilən nöbəti mesaj

16:17 08/07/21 | Siyasət

Prezident İlham Əliyev DQMV-nin yaradıldığı gündə imzaladığı fərmanla
Qarabağa hansısa statusun verilməyəcəyini bir daha təsdiqlədi

Dünən – iyulun 7-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzaladı. Sözügedən fərmanla ölkədə 14 iqtisadi rayonun yaradılması nəzərdə tutulur.

Diqqət çəkən və ciddi müzakirələrə səbəb olan məqam isə yeni –  Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmasıdır.

Azərbaycan Prezidentinin məlum fərmanı məhz iyulun 7-də imzalamasının təsadüfi olmadığı və bunun müəyyən dairələrə mesaj mahiyyəti daşıdığı hesab olunur. Bəs, niyə məhz 7 iyul? Bu tarixin müstəsnalığı nədir?

Məlumat üçün xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) məhz bu tarixdə yaradılıb. Belə ki, 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.

Prezident İlham Əliyev məhz bu tarixdə fərman imzalamaqla təkcə iqtisadi rayonların yeni bölgüsünü təsdiqləmiş olmadı. Bununla o, həm də Qarabağa hansısa statusun verilməyəcəyini bir daha dünyaya sübut etdi.

ORXAN

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?