• 29 İyul 2021
SON DƏQİQƏ

Azərbaycanda yenidən sərt karantin tətbiq edilə bilər?

14:55 08/07/21 | Sosial

“Pandemiya nə Azərbaycanda, nə də dünyada bitməyib. Qarşıdan gələn payız mövsümündə nələrlə qarşılacağımızı təxmin edə bilirik”. Bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancının sözlərinə görə, qarşıdakı aylarda sərt karantin rejiminin tətbiqi iki nüansdan asılıdır: “Birinci insanların davranışlarından, karantin qaydalarına necə əməl etmələrindən, ikinci isə sentyabr-oktyabr aylarında hökumətin alacağı qabaqlayıcı tədbirlərdən asılıdır.

Əgər hər kəs pandemiyanın bitdiyi kimi davranarsa, biz qarşıdakı aylarda yoluxma saylarında ciddi artımlarla qarşılaşa bilərik”.

Fətvalı namaz



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?