• 29 İyul 2021

Qəhrəman şəhidimiz Barat Quliyev

15:49 08/07/21 | Sosial

44 günlük Vətən müharibəsinin qəhrəman övladlarından biri də Barat Quliyevdir. O,1991- ci ildə Bakı şəhəri, Xətai rayonunda doğulub. Orta məktəbi Beyləqan rayonunda bitirdikdən sonra 2010- cu ildə həqiqi hərbi xidmətə yollanıb.

2014- ci ildən etibarən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmətini davam etdirib. Aprel döyüşlərində  cəbhənin Füzuli istiqamətində iştirak edib.

Vətən müharibəsi başlayanda da  Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Qaraxanbəyli kəndində şəhid yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin snayper gülləsinə tuş gəlib.

Şəhidin anası Nazilə Quliyeva deyir ki, Barat hələ 8-ci sinifdə oxuyanda hərbçi olacağını deyirmiş.

Şəhid ötən il oktyabrın 11-də Beyləqan rayonunda dəfn edilib. Ölümündən sonra ''Vətən uğrunda ''  və '' Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib.

Heydər Əliyev Sumqayıtda – 20 il əvvəl...



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?