• 29 İyul 2021

Rumıniya gələn ildən Azərbaycandan təbii qaz ala bilər

12:40 12/07/21 | İqtisadiyyat

2022-ci ilin iyuluna qədər Bolqarıstan-Yunanıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) ilə Azərbaycan təbii qazı Rumıniyaya çatdırılacaq. Bunu Rumınıyanın energetika naziri Vircil Popesku bildirib.

Onun sözlərinə görə, Rumıniya üçün Azərbaycandan nəql ediləcək təbii qaza maraq, prinsipcə, sonda Qara dəniz şelfindəki layihələr üzrə əməliyyatların başlayacağı ilə bağlı nikbin ssenari çərçivəsində nəqliyyat haqları ilə əlaqəli olmalıdır. Rumıniyadakı qaz boru kəmərlərinin operatoru olan “Transgaz” şirkəti artıq yerli istehlakçılardan BRUA boru kəməri ilə çəkilən xərclərə görə ödəniş alır, baxmayaraq BRUA kəməri isə hələki boş qalır.

Qeyd edək ki, Azərbaycan təbii qazı Rumıniyaya BRUA kəməri ilə nəql edilməsi gözlənilir.

Makronun küyünə gedən Paşinyan: belə davam edə bilməz



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?