• 29 İyul 2021

Polad Həşimovun xatirəsinə muzey hazırlanır

13:16 12/07/21 | Sosial

General-mayor Polad Həşimovun xatirəsinə muzey hazırlanır. Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimovun xatirəsinə hazırlanan muzey təhsil aldığı 28 saylı tam orta məktəbdə yerləşəcək. 

Sumqayıt şəhər 28 saylı tam orta məktəbin ən geniş otaqlarından birinə P.Həşimovun əşyaları, keçdiyi şərəfli həyat yolu barədə məlumat lövhələri yerləşdiriləcək. Bu, təhsil müəssisəsində oxuyan şagirdlərə vətənpərvərlik mövzusunda örnək olacaq. İlkin məlumatlara görə Sumqayıt şəhər 28 saylı tam orta məktəbə general-mayor Polad Həşimovun adının verilməsi və məktəbdə onun büstünün qoyulması gözlənilir. 

Ayın 15-də Sumqayıt şəhərində Polad Həşimovun adını daşıyan küçəyə barelyefin quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, Polad Həşimovun Sumqayıtda yaşadığı binanın qarşısında abidə kompleksinin ucaldılması ilə bağlı işlər artıq başlanılıb.

Makronun küyünə gedən Paşinyan: belə davam edə bilməz



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?