• 29 İyul 2021

Böyük qələbəmizin bünövrəsi “Tovuz döyüşlərində” qoyuldu

15:11 12/07/21 | Siyasət

Düz bir il əvvəl ermənilərin Tovuz rayonu ilə sərhəddə törətdikləri təxribatının qarşısı Azərbaycan ordusunun sarsıdıcı zərbəsi ilə alındı.  Sərhəddə yerləşən kəndlərimizi ağır silahlardan atəşə tutan düşmənin hücumuna qarşı qəhrəman ordumuz  erməni hərbi hissələrinə sarsıdıcı zərbələr vurdu. Ermənilərin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edildi və qarşı tərəf yüzlərlə hərbçisini itirərək geri çəkilmək məcburiyyətində qaldı.

Bundan zəruri dərs çıxarmaq, təcavüzkar planlardan imtina etmək əvəzinə Ermənistanın baş naziri ağır məğlubiyyəti ört-basdır etmək məqsədilə Azərbaycan hakimiyyətinə danışıqları davam etdirmək üçün 7 şərt irəli sürdü. Bu davranışdan ruhlanan “Paşinyanpərəst” “Azərbaycan siyasətçiləri” hakimiyyətə hücum etməyə başladılar və silahlı qüvvələrimizin “iyul döyüşlərində” məğlubiyyətə uğradığını iddia etdilər. “Arqumentləri” də özləri kimi bəsit idi:“Ermənistan məğlub olsaydı Paşinyan belə danışa və 7 şərt irəli sürə bilməzdi”.

  Paşinyanın “7 şərt”inə qarşı Azərbaycan prezidenti İlham Əliyev qısa şəkildə bir şərt-tələblə cavab verdi:”Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt-erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qaytarılmalıdır! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

Azərbaycan prezidentinin bu xəbərdarlığı təxribat planlarından imtina etmək istəməyən Ermənistan rəhbərliyinə təsir etmədi və hakimiyyətin müxtəlif bölmələrində təmsil olunan ermənilər hərbə-zorba xarakterli bəyanatlar verməkdə davam etdilər. Sonradan, bununla kifayətlənməyib, ötən ilin sentyabrında           cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular.

 Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev erməni təxribatının qarşısını almaq üçün silahlı qüvvələrimizə əks-hücum əməliyyatlarına başlamaq, təcavüzkarı ciddi şəkildə cəzalandırmaq əmrini verdi. Əks-hücuma keçən Azərbaycan ordusu 44 gün ərzində uzun illər işğal altında olan  ərazilərimizi azad etdi, düşmən ordusunu darmadağın etdi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyat nəticəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad edildi. Bütün bu qələbələrin bünövrəsi məhz bir il əvvəl baş verən Tovuz döyüşlərində qoyuldu. Bütün dünya gördü ki, cəbhə bölgəsinə yaxın məntəqələrdə yaşayan insanlar qaçıb özlərini, doğmalarını xilas etmək əvəzinə, qızğın döyüşlərin getdiyi təhlükəli əraziyə axışırlar.

 Məhz həmin dövrdə biz xalqımızın, ordumuzun döyüş əzminin, qəhrəmanlığının şahidi olduq. Sonradan, 44 günlük vətən müharibəsi dövründə 10 mindən çox fərarisi olan erməni ordusundan fərqli olaraq, ordumuzun sıralarında  bir nəfər belə fərarinin olmaması bu döyüş əzminin, qəhrəmanlığın nəticəsi idi. Məhz həmin günlərdə tariximizdə ilk dəfə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar  Ali baş komandanın ətrafında birləşdiklərini, onu sona qədər dəstəklədiklərini bəyan etdilər və bu mövqelərini bütün dünyaya nümayiş etdirdilər. Sonradan, vətən müharibəsi dövründə   dəfələrlə təkrar olunan bu davranış xalqımızın ümummilli məsələlərdə birliyinin, həmrəyliyinin parlaq təcəssümünə çevrildi və bütün dünyanı heyrətə saldı.

 

Abutalıb Səmədov

Təhsil kreditindən qiyabi oxuyanlar yararlana bilməyəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?