• 20 Sentyabr 2021

Bakı-Tbilisi-Qars ilə yükdaşımalarda rekord göstərici qeydə alınıb

19:30 12/07/21 | İqtisadiyyat

2021-ci ilin altı ayı ərzində Bakı-Tbilisi-Qars dəmir yolu ilə 11 084 TEU konteyner daşınıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”dən Oxu.Az-a verilən məlumata əsasən, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU) yaxındır.

BTQ ilə ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki  yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb.

Ən çox konteyner 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?