• 29 İyul 2021

Azad olunan ərazilərdə son günlər ərzində aşkarlanan minaların sayı açıqlanıb

20:42 12/07/21 | Sosial

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. Bu barədə ANAMA məlumat yayıb.

Məlumata görə, iyulun 5-dən iyulun 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 153, tank əleyhinə 29 mina və 26 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 113 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Heydər Əliyev Sumqayıtda – 20 il əvvəl...



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?