• 20 Sentyabr 2021

“Bunlar maraqlıdır”: Respublika Gənclər Kitabxanası aksiyasını sosial şəbəkə izləyicilərinə təqdim edir

21:05 23/07/21 | Mədəniyyət

İnsan daim fiziki və əqli kamilliyə can atan, inkişaf edən,öz üzərində durmadan çalışan təbiətin ən ali varlığıdır. İnsan bütün bütün ömrü boyu oxuyur, çalışır, biliklərini artırır və ona maraqlı olan sahələr ilə məşğul olur. Bu gün İnternetdə insanı maraqlandıra biləcək milyonlarla məlumatlara rast gəlmək olar. Bu məlumatlar istər yazılı, istər səsli, istərsə də foto görüntülü ola bilirlər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası izləyicilərin, xüsusilə də, gənclərin marağına səbəb ola biləcək maraqlı, interaktiv və əyləncəli məlumatlarla zəngin “Bunlar maraqlıdır” aksiyasına start vermişdir. Kitabxana bu aksiya çərçivəsində silsilə xarakterli video materiallar hazırlayaraq, sosial şəbəkə izləyicilərinə təqdim etmişdir. Belə ki, aksiya çərçivəsində meyvə və tərəvəzlərin orqanizmə faydası, dünyanın 7 möcüzəsi, Azərbaycanda çəkilən xarici filmlər və s. mövzularda maraqlı materiallar hazırlanmışdır. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan bu materiallarda dünyanın 7 möcüzəsi sayılan Misir piramidaları, İsgəndəriyyə mayakı, Babilin asma bağları, Artemis məbədi,Rodos heykəli, Halikarnasda Mavsolun məqbərəsi, Olimpdə Zevsin heykəli haqqında ətraflı məlumat verilmişdir. Aksiyanın ölkəmizdə çəkilən xarici filmlər bölməsində isə müəyyən səhnələri Azərbaycanda lentə alınmış xarici kinomatoqrafiyanın nümunələri olan “Əli və Nino”, “Mahmud və Məryəm”, “Forsaj”, “Dünya kifayət deyil”, “Absurdistan” və s. filmləri haqqında qısa, lakin maraqlı məlumatlar verilir.

Bu aksiyanın əsas məqsədi izləyiciləri onlar üçün maraqlı ola biləcək məlumatlar ilə interaktiv və əyləncəli formada tanış etməkdən ibarətdir. Respublika Gənclər Kitabxanası gələcəkdə də sözügedən rubrikanı davam etdirmək və izləyicilərini yeni-yeni maraqlı videomateriallar ilə məlumatlandırmaq niyyətindədir.

Sözügedən aksiya çərçivəsində hazırlanan materialların bəziləri ilə aşağıdakı linlər vasitəsilə tanış ola bilərsiniz. https://www.youtube.com/watch?v=AKiZef2LJVE https://www.youtube.com/watch?v=iezBjRgT8aA https://www.youtube.com/watch?v=Mni7jhXmmvw

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?