• 20 Sentyabr 2021

Sabah Olimpiadada daha iki idmançımız mübarizəyə qoşulacaq

19:16 26/07/21 | İdman

Tokio Yay Olimpiya Oyunlarında sabah daha iki idmançımız mübarizəyə qoşulacaq. Bunlar cüdoçu Murad Fətiyevlə badmintonçu Eydi Reski Dvikahyodur.

İlk olaraq İndoneziya əsilli idmançımız mübarizəyə qoşulacaq. O, dünya və Asiya çempionatının bürünc mükafatçısı ilə qrupda ilk görüşünü keçirəcək.

Cüdoçumuz Murad Fətiyev isə 1/16 finalda Syerra Leonenin kişi bayraqdarı olmuş idmançı ilə güləşəcək.

Badminton

L qrupu

04:00 Eydi Reski Dvikahyo – Nin Tin Min (Vyetnam)

Cüdo

- 81 kq (1/16 final)

06:00 Murad Fətiyev – Frederik Haris (Syerra Leone)

Qeyd edək ki, indiyədək 16 idmançımız Olimpiadada çıxışını medalsız başa vurub.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?